Əsas səhifə » Quranı ilk tərcümə edənin səhabə olduğunu bilirsiniz?
Din

Quranı ilk tərcümə edənin səhabə olduğunu bilirsiniz?

Bakı,AzerVoice

İslam tarxi mənbələrində "Tərcümanu'l-Kur'an" adı ilə tanınan səhabələ, Abdullah ibn Abbasdır, o Məhəmməd peyğəmbərin əmisi Abbasın oğludur. Abdullah ibn Abbasın nə vaxt doğulduğu dəqiq bilinməsə də, hicrətdən üç il əvvəl Məkkədə Şi'b-i Əbi Talibdə müsəlmanların iqtisadi və sosial mühasirə və təzyiq altında olduğu bir vaxtda dünyaya gəldiyi məlumdur.
Onun anası Ummul-Fədl Lübabe binti əl-Harisdir və o, peyğçmbərin zövzələrindən biri olan, Meymunənin bacısıdır.
Ummul-Fədl Lübabe binti əl-Harisdir qadınlar arasında Xədicədən sonra İslamı qəbul edənlərdəndir.

Atası Abbas, Abdullah dünyaya gələn kimi onu onu Peyğəmbərin hüzuruna apardı və Rəsulullah onu qucağına alıb dedi: "Allahım! Onu dinin fəqihindən et. Kitabın izahını ona öyrət".
İslamın yayıldığı və hakim olduğu Mədinə cəmiyyətində böyüyən Abdullah tam İslami təhsil və elm almışdır.
Abdullah ibn Abbas gəncliyində Peyğəmbər bir neçə dəfə onun başını sığallayıb dedi: "Allahım! Bütün elm və hikməti bu başa ver, ona təvil və təfsir öyrət. Allahım! Bəşəriyyətə verdiyin bütün elmi və hikməti onun sinəsinə yığ."
Dolayısıyla Abdullah daima Rəsulullahın yanında idi və ondan çoxlu ilham və elm alırdı.
Abdullah hicrətin səkkizinci ilinə qədər ailəsi ilə birlikdə Məkkədə qaldı. O, Məkkənin fəthi günü, Huneyn və Taif döyüşlərində və Vida həccində Allah Rəsulunun yanında idi. Məkkənin fəthindən sonra ailəsi ilə birlikdə Mədinəyə hicrət etdi.
Birinci xəlifə Əbu Bəkr və ondan sonra xəlifə Ömərin iclaslarında iştirak etmiş, bir çox səhabədən dərs və məlumat almışdır.
O üçüncü xəlifə Osmanın şəxsiyyətinə çox bağlı idi və dövründə dövlət səviyyələrində toplantılarda iştirak etmişdi, Abdullah İbn Əbis-Sərhlə birlikdə Afrika səfərində və daha sonra şərqdə Təbəristanın fəthində iştirak etmişdi.
O, hicrətin 35-ci ilində Həcc əmiri olmuşdur. Abdullah xəlifə Osmanın şəhadətindən əvvəl evinin ətrafında keşik çəkən və xəlifənin üsyançılardan müdafiəsinə qalxan böyük səhabə övladları ilə birlikdə idi.
Daha sonra xəlifə Əlinin xilafəti dövründə də dövlətdə mühüm vəzifələrdə çalışıb. Cəməl və Siffin müharibələrində Hakim hadisəsində xəlifə Əlinin yanında yer alıb.
O eyni zamanda bölgədə üsyan qaldıran xavariclərin bu qiyamını yatırtdı və ictimai asayişi qoruya bildi.
Bəsrə valiliyi dövründə ona atılan böhtanlara dözməyərək işini qoyub Məkkəyə getdi və ömrünün sonuna qədər burada elmlə məşğul oldu.
Müaviyənin vəfatından sonra xəlifə Əli və Hüseyn tərəfdarları tərəfindən Kufəyə dəvət olunduqda özü getməmiş və Hüseynə xəbərdarlıq edərək getməsinə mane olmağa çalışsa da, buna nail ola bilmədi.
Abdullah ibn Abbas İslam tarixində siyasi fəaliyyətindən daha çox elmi və sağlam şəxsiyyəti ilə tanınır.
Əsri-səadətdə (Peyğəmbər zamanı) gənc olduğu üçün Rəsulullahın və xüsusilə bibisi Hz. Meymunənin hücrəsinə asanlıqla girib-çıxar, digər səhabələrin bilmədiyi və əvvəlcə öyrənməyə fürsət tapa bilmədiyi mövzuları öyrənərdi.

Bu səbəbdən hədis, təfsir və fiqh elmlərini mükəmməl bilməsi ilə tanınır. O eyni zamanda Quran, təfsir və fiqhlə yanaşı ərəb ədəbiyyatı sahəsində də geniş biliyə malik idi.
Onun haqqında “O, Quranın tərcüməçisi, təfsirçilərin sultanıdır” deyilirdi. Elminin genişliyinə görə “ümmətin alimi, elm dənizi” kimi ləqəblərlə tanınırdı.
Əhməd ibn Hənbəlin nəql etdiyi bir hədisdə Peyğəmbərin Abdullahın elmini təriflədiyi bildirilir.
Abdullah İbn Ömər ona soruşulan suala cavab verə bilmədiyi təqdirdə, insanların bu sualı İbn Abbasdan soruşulmasını və cavabını da ona bildirməsini istəyirdi.
Böyük əxlaq sahibi olan, Abdullah ibn Abbas İslam anlayışına və ədəbinə görə yaşlı səhabələrin olduğu məclis yerlərində onların danışıb fikirlərini bildirmədikcə heç vaxt danışmaz və söz almağı özünə uyğun görməzdi.
Xəlifə Ömər bir gün onu çağırıb Nəsr surəsinin təfsiri haqqında nə düşündüyünü soruşmuşdu.
Abdullah ibn Abbas ona verilən suallara cavab vermək üçün əvvəlcə Qurana nəzər salar, cavab tapa bilmədikdə isə bu mövzuda Rəsulullahdan məlumat olub-olmadığını araşdıratdı. Xəlifə Əbu Bəkr və Ömərin ictihad və izahlarına baxıb əsas götürər, əks halda öz ictihadı ilə bir həll yolu tapardı.
ibn Abbas Peyğəmbərdən, səhabələrdən və öz ictihadından gələn təfsir elmi kitaba çevirməmişdir.
Zamanımıza qədər gəlib çatan və İbn Abbasa məxsus olduğu deyilən “Tənviru’l-Mikbas min Təfsir İbn Abbas” adlı təfsirin ona məxsus olub-olmaması araşdırılması lazım olan bir məsələdir.
Abdullah İbn Abbasın təfsir rəvayətləri alimlərdın Firuzabadi tərəfindən toplanıb bir araya gətirilərək yuxarıdakı adla nəşr edilmişdir.
Şəxsiyyət olaraq İbn Abbasın son dərəcə intizamlı və nizamlı bir iş sistemi vardı. İşlərini müəyyən bir plan çərçivəsində dəqiqliklə nizamlayırdı. Həftənin müəyyən günlərində geniş xalq kütlələri qarşısında din elmlərindən mühazirələr oxuyur, dini elmlərdən başqa ərəb dili, şeir və ədəbiyyatdan da ətraflı çıxışlar edirdi.
Xəlifə Osman dövründə elmi araşdırmaları ilə yanaşı, İslam ordusu adından səfir və təmsilçi olaraq Afrika səfərində iştirak etmişdir.Afrikadakı Bizans baş qubernatoru Georgios və adamları ilə elmi müzakirələr aparıb. Georgios və ətrafındakılar onun ağlını, zəkasını, təfəkkür qüdrətini və bilik qüdrətini görərək: “Bu adam ərəblərin ən dərin alimidir”. nəticəsinə gəlmişdilər.
Komandirlik, səfirlik və valilik kimi dövlətin yüksək səviyyəli siyasi vəzifələri ilə yanaşı, elminin üstünlüyü və dərinliyi ilə Peyğəmbərin səhabələri xəlifə Ömər və Osman tərəfindən yüksək təriflə qarşılanırdı Abdullah. Buna baxmayaraq o olduqca təvazökar idi.
Çox təriflənəndə təvazökarlıq edib deyir: "Bu neməti mənə əta edən Allahdır. Rəsulullah mənim üçün dua etdi, elm və hikmətə yalvardı"-deyərdi.
İslam tarixində Qəribü'l-Quran (ərəbcə olmayan, eşidilməyən, naməlum, ərəb dilində Quranda qonşu dillərdən götürülmüş) haqqında şərhlər və onlar haqqında ən mötəbər rəvayətlər İbn Abbasa aiddir.
Yenə Müşkilü'l-Quran (Quranın dərinliklərinə girmək, çətinlikləri tapmaq, həll etmək və aradan qaldırmaq) mövzusu ilə ilk məşğul olan İbn Abbasdır.
Peyğəmbərimizdən 1660 hədis nəql etmişdir. O, fiqh elminin əsasını təşkil edən şəxslərdəndir; Onun cildləri dolduran fətvaları fiqh elminin ən möhkəm təməllərindəndir.
Məkkədə yetişmiş bir çox fəqihlər onun vasitəsi ilə təhsil almışlar. Bu səbəbdən Məkkə təfsir məktəbinin banisinin ibn Abbas olduğu deyilir.

Abdullah ibn Abbasın rəvayət etdiyi bəzi hədislər:

“Qurana hörmət Bismillahla oxumaqla başlamaqdır, Quranın açarı “Bismillah kəliməsidir”.
“Öyrət, müjdə ver, çətinləşdirmə.”
"Əgər ümmətimin iki təbəqəsi xeyirxah olsa, bütün insanlar haqlı olar. Bunlar fəsad törətsələr, insanlar da fəsad törədərlər. Bu iki təbəqə başçı və alimlərdir."
“Kim Quranı öz iradəsinə (nöqteyi-nəzərinə) görə təfsir edərsə, Cəhənnəmdə özünə yer hazırlasın”.
“Kim tövbə etməyə və istiğfar etməyə davam edərsə, Allah hər bir sıxıntıdan, hər darlıqdan rahatlıq verər və ona gözləmədiyi yerdən ruzi verər.
“Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da işləri korlayır”.
"Qəzəblənəndə sus."
"Eşitmək görmək kimi deyil."

Digər Kateqoriyalar

2025 © Azervoice