Bakı,AzerVoice
Bilindiyi kimi, İslam dini müsəlmanların gündəlik həyatının nizamlı olmasını istəmiş və bu məsələni Quran və hədislərlə izah etmişdir.
Maraqlısı odur ki , Peyğəmbərdən gündəlik həyatla bağlı nəql olunan hədislərin əksəriyyəti yemək ədəbinə aiddir. Rəsulullah bütün işlərinə Allahın adını çəkməklə başlamağı xoşlayardı.Eyni zamanda yeməkdən əvvəl əllərini yumağı da laqeyd qoymaz, sağ əli ilə və öz qabağında yeyərdi.
Islamda yemək ədəbinə uyğun olaraq, əvvəlcə “Bismillahir” və ya “Bismillahirrəhmanirrəhim” deyirdi. Peyğəmbər yeməyə başlayarkən bəsmələ deməyi unudan şəxsə “Əvvəldə və sonda Bismillah” deməyi tövsiyə etmişdi.
İslamda Peyğəmbərin tətbiq etdiyi yemək ədəbi bunlardır:
Yeməyi tam çeynəmək yə yalnız tam çeynıdikdən sonra udmaq
Ağızdakı yeməyi udmadan ağıza yeni tikə qoymamaq
Çörəyi dişləri ilə kəsməmək;
Ağzında çörək, yemək varkən heç kimlə danışmamaq
Yeməyin soyuması üçün içinə üfürməmək
Başqalarını iyrəndirməmək və ya iyrəndirəcək davranışlar etməmək
Başqalarının yeməyinə və yeməsinə baxmamaq
Yemək yeyərək başı, boşqaba doğru uzanmamq
Yeməyi israf etməmək və yeyəyi tam yemək
Ağzınızdan bir şey çıxarmaq lazım olsa, üzü masadan çevirərək və ağzı sol əl ilə örtərək etmək
Çörəyi yeməyə batırarkən barmaqları yeməyə salmamaq
Evində qonağ varsa masadan ilk qalxmamaq, belə ki hər kəsin yeməyini yeməsini gözləmək lazımdır
Yemək zaman yaşda böyük olanların birinci süfrəyə oturması və yeməyə başlaması
Küşədə və ayaq üstə yemək yeməmək
Yemək bitdikdən sonra Allahın ona verdiyi bütün nemətlərə şükür etmək üçün dua etmək və qısaca “Əlhəmdülillah” demək.
Yeməkdən sonra əlləri yaxşıca yumaq , dişləri fırçalamaq