BAKI,AzerVoice
Bir çoxları hesab edir ki, cinlər insanlaran ağıllı və üstündür. Lakin onlar, insanlardan daha ağıllı və qabiliyyəti deyillər.
Şeytanın üsyan etməsinin səbəbi, insanın üstünlüyünü qəbul etməməsi və atəşlə torpağı müqayisə edərək özünün atəşdən, insanların isə torpaqdan yaradıldığını, buna görə də özünün daha üstün olduğunu iddia etməsidir. Allahın əmrinə tabe olmamış və bunun nəticəsində məğlub olanlardan olmuşdur.
“Şeytan beş səbəbə görə əbədi cəhənnəmdə olanlardan oldu:
1.Günahını qəbul etmədiyi üçün,
2.Peşmanlıq hissi keçirmədiyi üçün,
3.Üsyan etdirmiş nəfsini qınamadığı üçün,
4.Tövbə etmədiyi üçün
5.Allahın rəhmətindən ümidini kəsdiyi üçün.”
Buna görə də bir möminin, işləmiş olduğu günahı qəbul etməsi; etdiyi səhv və günahlara görə peşman olması; nəfsini hesaba çəkib onu qınaması, tez-tez tövbə etməsi və Allahın rəhmətindən heç vaxt ümidini kəsməməsi lazımdır.