BAKI,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ Xüsusi olaraq AzerVoice üçün
Məkkə şəhərindəki Nur Dağını və onun İslam aləmində önəmini
unutmamaq lazımdır. Aləmlərə rəhmət olaraq göndərilən Hz. Məhəmmədə
ilk vəhy burda nazil olduvə Aləmlərin rəbbi ona “ OXU,Səni yaradan
rəbbinin adı ilə oxu” ayəsini nazil etdi. (Əl-Əlaq surəsi, ayə 1)
Bəli Allahın peyğəmbərə ilk əmri məhz OXU oldu.
Nur Dağı, İslam tarixində və Peyğəmbər həyatında mühüm yerlərdən
biridir. Bu dağ, Məscid-i Haramdan dörd kilometr şimal-şərqdə
yerləşir. Dağın ən yüksək zirvəsi, cənub-qərb tərəfindəki Hira
mağarasıdır.
Vəhy gəlmədən öncə peyğəmbərimiz (s.a.s) burada tənhalıqda ibadət
edərdi. Dağ 642 metr hündürlüyündədir və 380 metrdən 500 metr
hündürlüyə qədər dik bir enişə sahibdir. Nur dağının ümumi sahəsi 5
kvadrat kilometrdir. Dağın zirvəsi dəvənin hörgüsünü
xatırladır.
Hira mağarası dağın ən yüksək nöqtəsində yerləşir. Bu mağara,
Peyğəmbərimizin (s.a.s) ibadət etdiyi yerdir və dağda bir oyuqdan
ibarətdir. Mağaranın girişi şimala doğru açılır, uzunluğu təxmini
dörd insan uzunluğu (təxmini yeddi metrə qədər,) eni siə iki
təxmini iki metrə yaxındır.Bu mağarada yalnız beş nəfər bir vaxtda
yerləşə bilər.
Nur Dağının bir çox adı vardır, bunlardan ən məşhurları
"Quran Dağı" və "İslam Dağı"dır.
Lakin hazırda bu dağ "Nur Dağı" olaraq tanınır, çünki burada
peyğəmbərliyə işarə edən işıqların görünməsi ilə bağlı rəvayətlər
mövcuddur.
Nur Dağı, Məkkənin və Hicazın digər dağlarından fərqlənir,
çünki bu dağ Peyğəmbərimizin ibadət etdiyi yerdir və eyni zamanda
Kəbənin təməli bu dağdan olan daşlarla tikilmişdir. Bu
dağ, ətrafdakı heç bir dağa bənzəmir və tarixi mənbələr göstərir
ki, Məkkədə və Hicazda bu dağa bənzəyən başqa bir dağ yoxdur.
Bu dağ Məkkədə oan bütün tarixi ərazilər kimi dövlətin xüsusu
nəzarətindədir."İbrahimi-Hira Mədəniyyət Kəndi" adlı yeni bir
ərazinin yaxınlığında, Hira Mağarasına yaxın bir ərazidə mədəniyyət
və turizm layihələri həyata keçirilir. Bu ərazidə bir çox muzeylər
və sərgilər açılıb ki, bunlar ziyarətçilərin dini və mədəni
təcrübələrini zənginləşdirir. Bunlara “Vəhy sərgisi” və Quran
Muzeyi daxildir. Hal hazırda ərazi böyük bir turizm və mədəniyyət
məkanı halına gəlib ki, Məkkə şəhəri və müqəddəs yerlərin Vəliəhd
tərəfindən diqqət mərkəzində saxlanıldığını bariz nümunəsidir.
Bu ərazi 67 min kvadrat metrdən çox bir sahəni əhatə edir. Burada dağın və mağaranın tarixi əhəmiyyəti və ətrafındakı müxtəlif mədəniyyətləri öyrənmək mümkündür. Layihə, ziyarətçilərə məlumat və mədəniyyətlə zəngin təcrübələr təqdim etmək məqsədi güdür və burada həmçinin Quran Muzeyi, Vəhy sərgisi də daxildir.
Vəhi sərgisində, Peyğəmbərlərə vəhyin nazil olması anlatılır.Burada xüsusilə də Hz. Muhəmmədə vəhiyin enişinə dair məlumatlar yer alır. Eyni zamanda, Hira Mağarası, Xədicə bint Xüveylid (Allah ondan razı olsun) və Cəbrayıl əleyhissalam haqqında da məlumat verilir.
Quran Muzeyi, layihənin əsas komponentlərindən biridir və onun məqsədi Allahın Kitabını tanıtmaqdır. Burada Quranın köhnə əlyazmaları, texnologiya və sərgi vasitəsilə təqdim olunur.
Ərazidə ticarət obyektləri də var, restoranlar və kafelər yerli və beynəlxalq yeməklər və içkilər təqdim edir. Ziyarətçilər həmçinin, bu yerin tarixini və önəmini əks etdirən hədiyyə və suvenirləri alaraq, oradan ayrılmaq imkanı əldə edirlər.