Əsas səhifə » Müzdəlifədəki Məşərül-Haram
Din

Müzdəlifədəki Məşərül-Haram

BAKI,AzerVoice, ƏHMƏD SALİH HƏLƏBİ

Məşərül-Haram Məkkənin Müzdəlifə adlanan müqəddəs ərazisində yerləşən mühüm ibadət məkanlarından biridir. Bu yer İslamın vacib ibadət rituallarının həyata keçirildiyi məkanlardan biridir. Həcc ziyarəti zamanı zəvvarlar Ərəfatda dayanışdan sonra Qurban bayramı gecəsi Müzdəlifədə gecələyir və bu zaman Məşərül-Haram xüsusi önəm kəsb edir.

Məşərül-Haramın əhəmiyyətinə gəlincə isə, Məşərül-Haram Qurani-Kərimdə qeyd olunmuşdur. Allah Təala buyurur:

(Həcc mövsümündə) Rəbbinizdən gələcək bir lütf (qazanc) axtarmağınız sizə günah deyildir. Ərəfatdan axın edib gəldiyiniz zaman Məşəri-haramda Allahı zikr edin! Sizə göstərdiyi şəkildə Onu zikr edin! Həqiqətən, siz bundan əvvəl zəlalətdə idiniz.)Bəqərə 198)

Zəvvarlar burada Allahı zikr edərək, ibadətlə məşğul olur və dua edirlər. Bu məkan həcc ibadətinin xüsusi mərhələlərindən biridir.

Məşərül-Haramda yerinə yetirilən ibadətlərə gəlincə,

Müzdəlifədə gecələmək həcc zamanı vacib əməllərdən biridir.

Sübh namazından sonra zəvvarlar Məşərül-Haramda dayanır, Allahı zikr edir və dua edirlər.

Daha sonra zəvvarlar Mina ərazisinə keçərək Cəmərəti-Əqəbəni (şeytan daşlama) yerinə yetirirlər.

Coğrafiyası və tarixi:

Məşərül-Haram İslam tarixi və dini baxımdan mühüm əhəmiyyətə malik müqəddəs məkanlardan biridir. Bu məkan zəvvarların Allahla təmasda olduğu, ibadət etdikləri və könüllərinin sükunət tapdığı yerdir.

Məşərül-Haram məscidi, Müzdəlifənin başlanğıcında, 5 nömrəli yolun kənarında yerləşir. Bu yol təpə ilə məscidi bir-birindən ayırır. Məscid Xeyf məscidindən təxminən 5 kilometr, Nəmrə məscidindən isə 7 kilometr məsafədə yerləşir.

Həzrəti Peyğəmbər Məhəmməd (s.ə.s) Vida Həcci zamanı bu məscidin qibləsi istiqamətində dayanmışdır. Bu məkan “Qüzəh” adlanan bir təpədə yerləşirdi. Zəvvarlar Ərəfat gün batdıqdan sonra buraya gəlir və burada müəyyən ibadətləri yerinə yetirirlər.

Bu məscid, Allah Təalanın Qurani-Kərimdə bəhs etdiyi yerdir:

"Ərəfatdan qayıdanda Allahı Məşərül-Haramda zikr edin."

Bəzi alimlərin fikrinə görə, Müzdəlifənin bütün ərazisi Məşərül-Haram hesab olunur, lakin məscidin yerləşdiyi yer xüsusi əhəmiyyətə malikdir. Məşərül-Haram məscidi hicri üçüncü əsrin əvvəllərində sadə və kiçik ölçülü bir tikili olmuşdur. Məscid açıq havada idi, yəni üstü örtülü deyildi. Həmin dövrdə məscidin altı qapısı var idi.

Məscidin iki minarəsi vardır, hər biri 32 metr hündürlükdədir. Bundan əlavə, məscidə üç əsas istiqamətdən – şərq, şimal və cənub tərəfdən girişlər mövcuddur. Bu genişləndirmələr zəvvarların ibadətlərini daha rahat və mənəvi bir atmosferdə yerinə yetirmələri üçün edilmişdir.

Səudiyyə Ərəbistanı dövründə Məşərül-Haram məscidi böyük genişləndirmələrə məruz qalmışdır. Məscidin uzunluğu şərqdən qərbə 90 metr, eni isə 56 metrə çatdırılmışdır. İndi bu məscid 12 mindən çox namazqılanı qəbul edə bilir.

Əhməd Hələbi /Səudiyyəli araşdırmaçı yazar, Xüsusi olaraq AzerVoice üçün
[email protected]

Digər Kateqoriyalar

2025 © Azervoice