Əsas səhifə » Məmlüklər haqqında nə bilirik?
Din

Məmlüklər haqqında nə bilirik?

BAKI,AzerVoice

MƏMLÜKLƏR – kimlərinsə mülkiyyətində olan insanlar və kölələrdir. Bu qulların çoxu qara dərili afrikalılar ibarət idi. Bundan başqa qəbilələrarası döyüşlərdə əsir götürülənlər də kölə kimi satılırdılar. Bəzən yoxsulluq və aclıqla üzləşmiş insanlar da könüllü olaraq kölə olurdular. Bu səbəblər üzündən öz uşaqlarını köləliyə verənlər də olmuşdur.

Hz. Məhəmmədin peyğəmbərliyi başlayanda köləlik bütün dünyada yayılmışdır. Bununla belə, o dövrün ictimai münasibətləri, sosial həyatı və iqtisadiyyatı kölələrsiz düşünülməzdir, onu ləğv etmək də mümkün deyildir. Buna görə də Quranda və hədislərdə, eləcə də İslam fiqhində kölələr haqqında çoxlu hökmlər vardır.
Bu baxımdan, onlarla münasibətlər hüquqi cəhətdən tənzimlənmişdir. İslamda köləlik yalnız müsəlman olmayan hərbi əsirlərə aid idi. Könüllü köləlik və ya uşaqların kölə kimi satılması qadağan olunmuşdur. Kölə sahibinə müəyyən qədər pul ödəyəndən sonra azad ola bilərdi. Kölələr öz sahiblərinin mülkiyyəti olduqlarına baxmayaraq İslamda onlar üçün də hüquqi qaydalar təyin olunmuşdur. Sahi- bləri kölələrlə ədalətli davranmalı idilər (Quran, 4: 36). Şəriətə görə kölənin azadlığa buraxılması da dində bəyənilən bir əməldir. Belə ki, fiqhdə işlənilmiş bir günah qarşılığında kölənin azad edilməsi kəffarə sayılır və tövsiyə edilir.

Kölələr öz dinlərində qala və ya öz istəkləri ilə müsəlman ola bilərdilər. Onların zorla müsəlmanlaşdırılmalarına yol verilmirdi. İs- lamı qəbul etmiş kölə zəkat və həcc kimi bəzi dini vəzifələrin icrasından azad edilirdi. Kölələr satıla və ya dəyişdirilə bilərdilər. Ancaq, uşağı olan kölə qadınla bunları etmək olmazdı.
Kölələrin özlərinə məxsus heç bir şeyləri olmamışdır. Buna görə də onlar, qazandıqlarını öz sahiblərinə verməli idilər. Eyni zamanda onlar, sahibləri ilə anlaşıb, onlar üçün müəyyən qədər pul qazandıqdan sonra, bunun qarşılığı olaraq azadlıqlarına da qovuşa bilərdilər.
Kölələr öz sahiblərinin razılığı ilə yalnız kölələrlə evlənə bilərdilər. Onların uşaqları isə azad olurdular. Sahiblər öz ərsiz kölə qadınları ilə kəbin kəsmədən münasibətlərə girə bilərdilər. Bu münasibətlərdən olan uşaqlar da azad olurdular. Onları satmaq və ya kiməsə hədiyyə etmək olmazdı. Sahibindən uşaq doğmuş kölə qadınlar sahibinin ölümündən sonra varislik hüququndan məhrum edilsələr də, ancaq azadlığa buraxılırdılar. Fiqhə görə kişi öz arvadı ilə birlikdə əsir düşmüşdürlərsə, köləlikdə də ər-arvad olaraq qalırdılar. Qadın tək olaraq əsir düşmüşdürsə, onda onun öncəki evliliyi pozulmuş sayılırdı.
MİSİR MƏMLÜKLƏRİ
Misirdə Əyyu- bilər sülaləsi (564/1171 – 648/1250) hakimiyyəti dövründə orduda qulluq etmək üçün Türküstan və Qafqazdan gətirilmiş, sonra isə hakimiyyətə gəlmiş kölələr olmuşdurlar. 648/1250-ci ildə türk əsilli məmlüklər Əyyubiləri hakimiyyətdən kənarlaşdıraraq Misirdə hakimiyyəti öz əllərinə almışdırlar. On ildən sonra onlar Sultan Bəybarsın (Sultan Baybars kimdir?) başçılığı altında Suriyanın Əyn-Cəlut bölgəsi yaxınlığında monqol ordusuna qalib gəlmiş, onların irəliləməsinin qarşısını almışdırlar. Bundan sonra 666/1268-ci ildə onlar xaçlıları ağır məğlubiyyətə uğrada bilmişdirlər.
Beş ildən sonra məmlüklər bu bölgələrdə çoxlu sayda qətllər törətmiş ismaililərin Nizari təriqətinin mən

sublarını darmadağın etmişdilər.

Bu uğurların nəticəsində onlar Suriya və Fələstini öz dövlətlərinə qatmışdırlar. Daha sonra Məmlüklər Kiçik Asiya yarımadasının cənubunda yerləşən Kilikiya dövlətinin də varlığına son qoymuşdurlar.

Monqollar Abbasi xilafətini darmadağın etdikdən sonra məmlüklər onların varislərini Misirə köçürmüş və Xilafəti formal olaraq bərpa etmişdirlər. Müsəlmanların müqəddəs mərkəzləri olan Məkkə və Mədinə şəhərləri də məmlüklərin nəzarəti altına keçmişdir.

921/1516-cı ildə Suriyanın Hələb şəhərinin yaxınlığında Osmanlı Sultanı I Səlim Məmlük ordusuna qalib gəlmiş, bununla da onların hakimiyyətinə son qoya bilmişdir. Ancaq məmlüklər Osmanlılara tabe olsalar belə, bir zümrə kimi Misirdə nüfuzlarını saxlamışdırlar. 1226/1811-ci ildə Misir Sultanı Məhəmməd Əli Məmlükləri məhv edə bilmişdir.

Məmlük tarixində Bəhri (648/1250 – 791/1390) ilə Bürci (791/1390 – 921/1516) Sultan sülalələri olmuşdur. Bəhrilər türk, Bürcilər isə qafqazlı idilər. Məmlük dövləti çox hərbiləşmiş ölkə olmuşdur. Onların hakimiyyəti boyu ölkə strukturlarında hərbi sistemə bənzər bir sistem qurulmuşdur. Bütün hakimiyyətin qolları yuxarıdan aşağılara kimi biri-birinə tabe edilmişdir. Yalnız belə bir hərbiləşmiş ölkə olduqlarına görə Məmlüklər monqollar kimi yenilməz bir düşməni məğlub etmiş, hakimiyyətlərini İslam dünyasının digər yerlərində də yaya bilmişdirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice