Əsas səhifə » Əbəsə surəsi haqqında nə bilirik?

Əbəsə surəsi haqqında nə bilirik?

Bakı,AzerVoice

Quranın 80-ci surəsi olan Əbəsə surəsi, 42 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surənin adı ilk ayədəki “üzünü turşutdu, qaşqabaq salladı” mənasını verən “əbəsə” sözündən götürülmüşdür. Rəvayətə görə, İbn Ümmü Məktum adlı gözləri görməyən bir səhabə Həzrət Peyğəmbərin digər insanlarla söhbəti zamanı ondan dinlə bağlı suallar soruşmuşdur.
Həzrət Peyğəmbər sözü kəsildiyi üçün narahat olub üzünü turşudunca bu surə nazil olmuşdur. Bəzi mənbələrdə bu ayələrin Həzrət Peyğəmbərin deyil, İbn Ümmü Məktuma üzünü turşudan başqa bir şəxs haqqında nazil olduğu deyilir. Beləcə, surənin ilk 16 ayəsi bu hadisə haqqında nazil olmuşdur. Daha sonra Quranın həqiqəti əks etdirdiyi bildirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice