Əsas səhifə » Məscidül-hərəmin bayraqları və sərhədləri
Din

Məscidül-hərəmin bayraqları və sərhədləri

Bakı. AzerVoice/ArabAZ,Əhməd Salih Hələbi

Məkkəyə girəndə və ya oradan çıxanda biri sağda, digəri solda iki “abidə” ilə rastlaşacaqsınız ki, onlar sizə Məscidül-hərəmin sərhədlərini göstərmək üçün quraşdırılıb.

“Hərəm” ərazisi Məscidül-həramın hüdudları daxilində yerləşən və Məkkənin müqəddəsliyini qoruyub saxlamaq üçün xüsusi müddəaları və xüsusi qadağaları olan ərazidir.

Allah göyləri və yeri yaratdığı gün bu ərazini qadağan olunmuş yəni “hərəm” etdi və burada ovu, ağacları kəsməyi, vəhşi heyvanları da öldürməyi qadağan etdi.

Deyilənə görə, Cəbrayıl əleyhissalam, İbrahim əleyhissalama “hərəmin” hüdudlarına yönəltdi və ona oraları göstərdi.

Qeyd edək ki,Kəbəbin hüdudları qədim zamanlardan mövcuddur.

“Hərəmin” hüdudları Adəm peyğəmbərin (əleyhissalam) dövründən müəyyən edilmişdir, çünki Adım şeytanlardan qorxduğu üçün Allaha sığınmış və Allah da ona mələkləri göndərmişdir və onlar Məkkəni hər tərəfdən əhatəyə aldılar.

Başqa bir rəvayətdə deyilir ki, İbrahim – əleyhissalam – evi (Kəbəni) yenidən tikmək istəyəndə Allah mələklərə təyin etdiyi hüdudlarda dayanmağı əmr etdi ki, Kəbənin tikintisi başa çatana qədər şeytanlar və cinlər Məkkəyə daxil olmasınlar.

Bir rəvayətdə deyilir ki, İbrahim əl-Xəlil (əleyhissalam) arvadı və oğlu İsmayılla birlikdə Məkkəyə gəldikdə və onlar üçün: “Bizə (həcc üçün) ibadət qaydalarını göstər” deyə dua etdikdə, Cəbrail onu apararaq,ona bütün ayinləri və hərəmin hüdudlarını göstərdi.

Məkkənin bayraqlarına gəlincə isə onların sayı min 104 dür və onlar Məkkə dağıarı üzərindədir.

Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – dövründə qüreyşlilər onun hərəmin hüdudlarına əhəmiyyət verdiyini öyrəndilər.

Qüreyşlilərin tək hədəfi Allah Rəsuluna zərər vermək idi və bunun üçün gecə gündüz çalışırdılar.

Beləliklə, Qureyş hərəmin bütün sərhədlərini –və eləcədə Məkkə dağlarındakı bütün bayraqları dağıldılar.

Qüreyşlilərin bu hərəkəti Allah rəsulunu olduqca üzdü və Cəbrayıl Əleyhi salam onun yanına gəldi və dedi :

“Ey Məhəmməd, Qüreyşin hərəmin sərhədlərini pozması səni çox incitdi?. Peyğəmbər “Bəli”-dedi.

Cəbrayıl ona “Onlar o sərhədləri yenidən bərpa edəcəklər”-dedi, buna cavab olaraq, peyğəmbər “Sərdəhləri doğru və yerində bərpa edəcəklər?”-deyə soruşdu.

Cəbrayıl “Allaha and olsun ki, hər şeyi olduğu kimi bərpa edəcəklər”-dedi.

Bu hadisədən sonra qüreşlilər həmin sərhədləri və bayraqları olduğu kimi bərpa etdilər və Cəbrayıl peyğəmbərimizi mujdələyərək, “Hər şey öz yerinə qaytarıldı” – dedi.

Digər Kateqoriyalar

2024 © Azervoice