Bakı,AzerVoice
İslamın ilk əsrlərindən etibarən səhabələrin tərcümeyi-hallarını müəyyən etmək üçün çoxlu əsərlər yazılmışdır. Bu kitablarda səhabələr və ya Hz. Peyğəmbərə yaxınlıq və fəzilət dərəcəsinə görə və ya adlarına görə əlifba sırası ilə bəhs edilir.
Ümumilikdə bu cür mənbələr yalnız 10 minə yaxın səhabənin həyatı haqqında məlumat verir. Əslində, səhabələrin sayı dəqiq müəyyən edilməmişdir. Ancaq ümumiyyətlə Hz. Peyğəmbərin (s) vəfat etdiyi zaman 114 min səhabənin olduğu qəbul edilir.
Həyatları kitablarda yazılmış səhabələrə gəlincə isə onlar tanınmış, müxtəlif xüsusiyyətləri ilə məşhur olan insanlardır. Həyatı haqqında məlumatlar sonrakı əsrlərə çatdırılmayan və ya Məkkə və Mədinə kimi mühüm mərkəzlərdən uzaqda yaşayan səhabələrin adları və həyatları bu mənbələrdə yer almamışdır.