Əsas səhifə » İslam Memarlığı: İbadət, təhsil və incəsənətin birləşdiyi dünya
Din

İslam Memarlığı: İbadət, təhsil və incəsənətin birləşdiyi dünya

Bakı, AzerVoice

İslam memarlığının əsas elementlərinə, məscidləri, məscidlərin minarələrini və onun daxilində olan ayrı-ayrı bölümləri, mədrəsələri, karvansarayları, qalaları və sarayları misal göstərə bilərik.

Məscidlər İslam memarlığının ən vacib tikililəridir. İbadətin mərkəzi olan məscidlər, adətən böyük bir həyət, mihrab (qiblə istiqamətini göstərən), günbəz, minbər (xütbə oxunan yer) və minarə kimi əsas elementlərdən ibarət olur.

İslam aləmində ən məşhur məscidlərə Məscid-i Haram (Məkkə), Məscid-i Nəbəvi (Mədinə), Məscidul-Əqsanı (Qüds) misal göstərə bilərik.

İslam memarlığının ən maraqlı elementlərindən biridə minarələrdir. Minarələr, azanın oxunduğu hündür qüllələrdir və bölgələrə görə formaları da fərqlənir.

İslam memarlığı, yalnız ibadət yerlərini deyil, eyni zamanda sosial xidmət tikililərini, təhsil ocaqlarını və sarayları da əhatə edirdi.

Tarixən təhsil ocaqları olaraq istifadə edilən mədrəsələr də İslam memarlığında xüsusi əhəmiyyət daşıyır. Bu tikililər həm təhsil, həm də ibadət üçün istifadə olunurdu.

Külliyələr, məscid, mədrəsə, xəstəxana, hamam və aşxana kimi bir çox sosial xidmətləri bir araya gətirən komplekslərdir. Osmanlı dövründə bu cür tikililər vacib sosial xidmətləri öz üzərinə götürmüşdür.

İslam dünyasında ticarət yolları boyunca inşa edilən karvansaraylar, tacirlər və səyyahlar üçün istirahət və ticarət mərkəzi olaraq xidmət edib.

Müsəlman ölkələrdəki saraylar və qalalar, müdafiə ilə yanaşı hökmdarların əzəmətini və gücünü də əks etdirirdi.
İslam sənəti və memarlığında fiqurativ təsvirlər çox istifadə edilmirdi. Bunun əvəzinə həndəsi naxışlar, bitkilərlə bağlı motivlər və xəttatlıq geniş yayılmışdı.

İslam memarlığında günbəzlər və tağlar da xüsusi əhəmiyyət daşıyır.

Osmanlı dövründə məscidlərdə mozaika sənəti də böyük əhəmiyyət qazanmışdı. Bu dekorativ elementlər məscidlərin daxili və xarici məkanlarında geniş istifadə olunurdu.

Suyun təmizlənməsində hovuzlar və çeşmələrdən tez-tez istifadə edilirdi. Bu tikililər xalqın sosial rifahını artırmaqla yanaşı həmdə incəsənət nümunəsi olaraq uzun müddət əhəmiyyətini qoruyub saxlayırdı.

Zamanla memarlıq fərqli coğrafiyalarda özünəməxsus elementlərlə zənginləşmiş, yerli mədəniyyətlərlə sintez olunaraq universal bir estetika yaratmışdır.

Digər Kateqoriyalar

2024 © Azervoice