Bakı,AzerVoice
653-cü ildə vəfat etmiş Abbas ibn Əbdülmüttəlib , Məhəmməd peyğəmbərin əmisi olmuşdur. Onu Əbül- Fəzl də adlandırırdılar. Abbas ibn Əbdülmüttəlib Məhəmməd peyğəmbərdən iki yaş böyük idi. Məhəmmədin anası vəfat etdikdən sonra onun atası Əbdülmüttəlib onu himayəsinə götürmüşdür. Beləliklə, Abbas peyğşmbərlə bir evdə böyümüşdür.
Abbas ibn Əbdülmüttəlib hələ gəncliyindən ticarətlə məşğul
olduğundan, kifayət qədər zəngin idi. O, qardaşları ilə birlikdə
Kəbə evinə ziyarətə gələn zəvvarlara xidmət göstərib, Zəmzəm
quyusundan onlara su ikram edirdilər. Bu işini o, İslamı qəbul
etdikdən sonra da davam etmişdir. Vida həccində Məhəmməd peyğəmbər
quyuya yaxınlaşıb, Abbasdan su istəmişdir.
Məhəmmədə peyğəmbərlik verildikdən sonra, Abbas ibn Əbdülmüttəlib
İslamı qəbul etməsə də, ona qarşı mövqe də tutmamışdır. O, hətta
bəzi hallarda peyğəmbərə kömək belə etmişdir. Onun həyat yoldaşı
Ümmül- Fəzl isə ilk müsəlman qadınlarından biri olmuşdur.
Bütün bunlara baxmayaraq, Bədr döyüşünə bütpərəstlərin tərəfində
olmağa məcbur edilən Abbas ibn Əbdülmüttəlib müsəlmanlar tərəfindən
əsir götürülmüşdür. Əsirlikdən azad olunduqdan sonra İslamı qəbul
edərək, Məkkəyə qayıtmış, ancaq bir müddət müsəlman olduğunu
gizlətmişdir olmuşdur. O, oradakı müsəlmanlara köməklik göstərmiş,
Mədinədə hicrətdə olan peyğəmbərə Məkkədəki vəziyyət haqqında
xəbərlər göndərmişdir.
Daha sonra, müsəlmanların Məkkəni fəth etməsinə az qalmış o da,
Mədinəyə hicrət etmişdir.
Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Abbas ibn Əbdülmüttəlib
Məhəmməd peyğəmbərin tərəfində olmuş, Hüneyn döyüşündə
bütpərəstlərə qarşı vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından
sonra isə Abbas ibn Əbdülmüttəlib Xilafət üçün böyük işlər görmüş
və ilk üç Raşidi xəlifələrə yaxından köməklik göstərmişdir. O,
İslam ordusu üçün böyük məbləğdə vəsait xərcləmiş, xüsusən də,
Bizansa qarşı yürüşlərin bütün xərcini öz öhdəsinə götürmüşdür.
Abbas ibn Əbdülmüttəlib xəlifə Osmanın xəlifəliyi zamanı dünyasını
dəyişmişdir. Yüz ilə yaxın bir müddət keçdikdən sonra, onun
soyundan olan varisləri Xilafətə başçılıq etmişdirlər. Məhz,
Abbasilər sülaləsi onun soyundan gəlməkdədirlər.