Bakı,AzerVoice
Tarixçilər orta əsrlərdə Qərbin tibb sahəsindəki uğursuzluğunu və müsəlmanların uğurlarını göstərmək istəyəndə həmin dövrə aid hadisələrdən nümunələr verirlər.
Tomas F. Madden “Crusades: The Illustrated History” (Səlib yürüşləri: rəsmli tarix) adlı kitabının həkimliyə dair fəslini səlib yürüşləri əsnasında baş vermiş iki hadisə ilə başlayır.
Xristian bir əsgərin ayağı yaralanmış və müsəlman həkim onu
müalicə etdikdən sonra ayağını sarıyıb ordugahına geri
göndərmişdir. Orada xristian bir həkim xəstəni müayinə etmiş,
ayağını kəsmiş və nəticədə əsgər ölmüşdür. Başqa bir hadisədə qarnı
ağrıyan xristian bir kralı müsəlman həkim müayinə edir və ona gecə
dincəlməsini tövsiyə edir. Xristian olan başqa bir həkim isə krala
dərman müalicəsi tətbiq edərək, vəziyyətinin ağırlaşmasına və
gecədən sağ çıxmamasına səbəb olmuşdur.
1095-ci ildə Səlib yürüşləri başladığı zaman anadan olan Üsamə ibn Münqiz o dövrə aid başqa iki hadisəni də nəql edir. “Kitabül-İtibar” (İbrətlər kitabı) adlı əsərində yuxarıda nəql olunanlarla oxşar olan iki hadisə təsvir etmişdir. Lakin bu əhvalatda ayağı yaralı şəxs əsgər deyil, sıravi “bir insan” və mədə xəstəliyindən şikayətçi olan isə bir qadındır. İkisini də müalicə edən ərəb həkim Üsamənin əmisi Sabit idi. Digər təfsilatlar isə eynidir. İki xəstə də müalicə nəticəsində ölmüşdür.
Üsamə iki xristian həkimin apardığı müalicədən də bəhs edir. İlk hadisədə xəstə xristian bir hersoqun Bernard adlı xəzinədarıdır. Ayağına at təpiyi dəyən xəstənin yarası iltihablanmış və məlhəmlə müalicə olunmuşdur. Fransız bir həkim də məlhəmi təmizləmiş və xəstənin ayağını tünd sirkə ilə yumuşdur. Digər xəstə isə boynu sıraca xəstəliyinə tutulmuş müsəlman bir gəncdir. O, iş səbəbi ilə Antakyada atasını müşayət edirmiş, başqa fransız bir həkim sıraca xəstəliyini görmüş, dərmanı satmayacağını demişdir. Lakin başqaları ilə pulsuz bölüşməsi şərti ilə atasına müalicə üçün resept verməyə razı olmuşdur. Xris- tian həkimin metodu uğurlu olmuş və həmin gəncin boynu qısa müddətdə sağalmışdır.
İslamda tibb cəmiyyətləri və mütəxəssisləri
Həmin dövrdə də tibb hər hansı bir məkan və coğrafiya ilə məhdudlaşmırdı. Tibb xəbərləri müasir dövrdə olduğu kimi sürətlə yayılırdı. İslamın ilk dövrlərində Çin, Hindistan, Yunanıstan və İran farmakologiya sahəsində qabaqcıl dörd ölkə hesab olunurdu. Elm adamlarının himayəçisi Xosrov Ənuşiravan öz həkimi Bərzəveyhi Hindistana dərmanlara dair kitablar və hindli həkim gətirməsi üçün göndərmişdi. Hər yerdə bitki tərkibli və xalq təbabəti dərmanları geniş istifadə olunurdu.
Cündişapur əyaləti ərəb və fars dünyasına bir çox həkim
qazandırmışdı. İslamın ilk illərində yaşayan və həzrət peyğəmbərin
müasiri olan, məşhur həkim Haris ibn Kələdə tibb təhsilini orada
almışdır. İbn Kələdənin dövründə də, sonra da qüvvədə olan əsas
sağlamlıq resepti qədərində yemək idi. İnsanın doyduqdan sonra
yeməyə davam etməsinin zərərli olduğunu söyləmişdir. Həzrət
Məhəmmədlə ibn Kələdə dost idilər və Allahın elçisi xəstələri onun
yanına göndərirdi. Həzrət Məhəmməd bir cərrah olan ibn Əbini də
tanıyırdı. Peyğəmbərin bir digər müasiri Eginyalı Pavel də doğuş və
əməliyyat sahəsindəki bacarıqlarına görə ərəb dünyasında rəğbət
qazanmışdı.
Peyğəmbərin xəstəliklərlə bağlı ağıllı tövsiyələri vardır. Bal
şərbəti içmək, yara dağlamaq və (hələ də Çində tətbiq olunan) küpə
salmaq da peyğəmbərin tövsiyələrindəndir. İnfeksiyanın
təhlükələrindən xəbərdar olan həzrət Məhəmməd müsəlmanlara yoluxucu
xəstəliklər olan yerlərə getməmək barəsində xəbərdarlıq etmişdir.
Həmçinin xəstələri ziyarət edib onlarda ruh yüksəkliyi yaratmağı
tövsiyə etmişdir. Bunlar arasında sağlam və gigiyena qaydalarına
uyğun yemək yemə vərdişi də vardır.
Heç bir əsərdə qeyd olunmasa da, müsəlmanlar İslam dövründə (ikinci Əməvi xəlifəsi Yezidin hakimiyyətindən etibarən) tibbə dair yunan və qipti dillərindən ərəb dilinə tərcümələr etmişdilər. Bu tərcümələrdən bəziləri fəlsəfi əsərlərdir. Bununla birlikdə Şekspirin də xatırlatdığı kimi “diş ağrısına dözə bilən filosof olmamışdır”. Çox sayda müsəlman həkim, həm də filosof idi və öz cəmiyyətlərində sahib olduqları tibbi təcrübə çox yüksək qiymətləndirilirdi.
Əməvi xəlifəliyinin ilk dövrlərində yaşayan tibb prak-
tikantlarına dair yazılı mənbələr mövcuddur. İbn Üsal ilk Əməvi
xəlifəsi Müaviyənin həkimi olmuşdur. Başqa bir həkim isə yüz yaşına
qədər yaşayan Əbul-Həkəmdir. Həkəm şiddətli bir arteriya qanaması
zamanı tətbiq etdiyi uğurlu müalicə ilə məşhurdur. Həkəmin oğlu İsa
İslam dünyasında tibb sahəsində ilk kitabın müəllifidir. Təəssüf
ki, həmin əsər müasir dövrə gəlib çatmamışdır. Göz iltihabı
müalicəsi ilə məşğul olan bir tibb praktikantı kimi tarix
kitablarında adı keçən o dövrün başqa bir həkimi isə bədəvi bir
qadın Zeynəbdir.
765-ci ildə ikinci Abbasi xəlifəsi Mənsur Bağdadda özünü müalicə edəcək bir həkim tapmamışdır. Cündişapur- dan Curcis ibn Bəxtişunu öz yanına gətirtmişdir. Curcis onu müalicə etmiş və bir neçə il xəlifənin yanında qalmışdır. Curcisin tibbə dair tərcümələri də faydalı xidmətlərindəndir. Curcisin oğlu (II Bəxtişu) da həm bir həkim, həm də Cündişapurdakı xəstəxanada vəzifəsi olan bir məmur olmuşdur. Bahtişular babadan nəvəyə altı nəsil, iki yüz əlli il boyunca məşhur həkimlər arasında özlərinə məxsus yer tutmuşdular. Nəslin sonuncu nümayəndəsi Cəbrail idi.
Cəbrail cündişapurlu həkimlər kimi sirr verməyən biri olmamış, tibb biliyinin “keşikçiliyini” etməmişdir. Qalen və Hippokrat tədqiqatlarının yalnız süryani dilinə tərcümə olunduğu həmin dövrdə gələcəyin həkim namizədləri onlara müraciət edən tələbələri geri qaytarmaqdan və yaxud siniflərindən qovmaqdan heç çəkinməyən bu alimlərə bel bağlamışdılar. Çox əzmli bir tələbə olan Hüneyn ibn İshaq yunan dilini çox yaxşı səviyyədə öyrənmişdir. Məqsədinə çatdığı zaman Cəbrail ibn Bahtişu Hüneyni Cündişapura çağırmış və onu geri qaytaran müəlliminin qəbul etməsini təmin etmişdir.
Hüneyn ibn İshaq həkimlikdə ixtisaslaşmışdı. Xəlifə Mütəvəkkil onun adını eşidərək Bağdada dəvət etmişdi. Hüneyndən ilk istədiyi şey isə bir düşməni üçün güclü bir zəhər hazırlamaq oldu. Əgər təklifini qəbul edərsə mükafatlandırılacağını, qəbul etməzsə öldürüləcəyini söyləyir. Hüneyn zəhər hazırlamaqdan imtina edir, xəlifə onu sınadığını söyləyir və ona saray həkimliyi vəzifəsini verir.
Saraydakı işləri çox olsa da, Hüneyn yunan dilindən ərəb dilində tərcümələr etmişdir. O, tərcümələrində çox diqqətli idi və orijinala ən yaxın şəkildə tərcümə etməyə çalışırdı. Tələbələrindən biri olan İsa ibn Yəhyanı tərcümələrində ona kömək etməsi üçün öyrətmişdi. İkisi birlikdə Qalenin bütün əsərlərini diqqətli şəkildə tədqiq etmiş və onları Hippokrat əsərləri ilə birlikdə ərəb dilinə tərcümə etmişdilər. Bu tərcümələr yüksək səviyyədə idi.
Hüneyn özünü yalnız tərcümə fəaliyyəti ilə məhdudlaşdırmamış, çoxu tibblə əlaqəli olan təxminən yüz əsər yazmışdır. Bu əsərlərdən üçü həm İslam dünyasında, həm də digər bölgələrdə çox böyük təsirə malik olmuşdur. “Medical Questions” (Tibb məsələləri) adlı əsəri tibbə giriş xarakteri daşıyır. Digər ikisi isə “Məqalat fil-Eyn” (Göz xəstəlikləri haqqında risalələr) və “Göz haqqında suallar” adlı əsərləridir. “Məqalat fil-eyn” gözün anatomiyası haqqında yazılmış ilk əsərdir.
Hüneynin tibbə töhfə verən tələbələrindən biri də “Jesu Haly” kimi tanınan xristian İsa ibn Əlidir. İbn Əli çox yaxşı bir göz həkimi idi. Bu sahədəki mütəxəssisliyini çox orijinal olan bir əsəri ilə isbat etmişdir. Xarici göz xəstəlikləri haqqında yazılmış bu əsər həm də gözün anatomiyası və fiziologiyasından da bəhs etməkdədir. 130 göz xəstəliyi və 143 dərmanla müalicədən bəhs edən geniş bir əsərdir. Oftalmologiya sahəsində yazılmış ən qədim ərəbcə əsər xüsusiyyəti daşıyan bu mətnin hamısı orijinal şəkli ilə müasir dövrə gəlib çatmışdır.
Hüneynin müasiri Kindi isə həkimliyindən daha çox filosof olması ilə məşhur idi. Yazdığı iki yüz əsərdən iyirmi ikisi tibbə aiddir. Xüsusi maraq dairələrindən biri dərman dozalarını müəyyənləşdirmək olmuşdur. Doğru reseptlər hazırlaya bilmək məqsədilə bu sahədə bir cildlik əsər yazmışdır.