Əsas səhifə » Yunus surəsi nədən bəhs edir?

Yunus surəsi nədən bəhs edir?

Bakı,AzerVoice

Quranın 10-cu surəsi olan Yunus surəsi 109 ayədən ibarətdir. Məkkə dövründə nazil olub. 98-ci ayədə Yunus Peyğəmbərdən bəhs edildiyi üçün belə adlandırılmışdır. Surədə Allahın birliyi, peyğəmbərlik və axirət həyatı haqqında bəhs edilmiş, Nuh, Hud, Musa və Yunus peyğəmbərlərin həyatından nümunələr gətirilmişdir.
İbranicə Yonah (göyərçin) sözü yunan dilinə İonas, ərəb dilinə Yunus kimi tərcümə edilmişdir. Sözün ərəbcə "görmək" mənasını verən " ens " və ya "dostluq" mənasını verən ünsiyye kökündən əmələ gəldiyinə dair görüş doğru olaraq qəbul edilmir.

Əhdi-Ətiqin “Peyğəmbərlər” (Neviim) bölməsində“on iki” adlı peyğəmbərlər qrupunun yazılarının beşincisi olan Yunusdan bəhs olunur. Yunus Fələstindəki İsrail Krallığının Qaliley bölgəsindəki Qatheferdən olan Amittay oğludur və Zebulun qəbiləsindəndir.

Quranda Yunus haqqında bəzi məlumatlar verilir; ondan Yunus (ən-Nisa 4/163; əl-Ənam 6/86; Yunus 10/98; əs-Saffat 37/139), Zünnun (əl-Ənbiya 21/87) və “Sahibü’l-hut” (əl-Kəlim 68/48 olaraq qeyd olunur); Ona vəhy göndərildiyi (ən-Nisa 4/163), onun doğru yola yönəldilmişlərdən, aləmlərdən üstün olanlardan olduğu bildirilir (əl-Ənam 6/86). Quranın onuncu surəsinin adı Yunusdur.

Bu surədə əzaba düçar olacaqları xəbər verildikdə imanlarına görə əzabdan xilas olanların yalnız Yunus qövmünün olduğu bildirilir (Yunus 10/98).
Qurani-Kərimə görə, Allahın elçilərindən olan Yunus (əs-Saffat 37/139) qövmü ona inanmadıqda qəzəbli halda (əl-Ənbiya 21/87) ondan uzaqlaşaraq yüklü bir gəmiyə minib. Dənizdə tufan qopan zaman dənizçilər gəminin batmaması üçün gəmidən bəzi şeyləri atdılar. Bununla kifayətlənməyən dənizşilər aralarında püşk atdılar və Yunus püşkatma nəticəsində uduzanlardan biri oldu. Dənizə atıldıqdan sonra böyük bir balıq tərəfindən uduldu (əs-Saffat 37/141-142).

Hədislərdə də Yunusun adı çəkilir. Bəzi İslam mənbələrinə görə Yunus Yaqubun oğlu Bünyamin tayfasındandır. O, Süleymandan sonra öz qövmünə peyğəmbər olaraq göndərilmişdir. Hz. Əlidən bir rəvayətə görə, otuz yaşında ikən vəhy alan Yunus, otuz üç il qövmünə peyğəmbərlik etmiş, lakin ona yalnız iki nəfər iman gətirmişdir (Sa'lebi, s. 408).
Rəvayətə görə, Yunus üç, yeddi, iyirmi və ya qırx gün balığın qarnında qalır.

Digər Kateqoriyalar

2024 © Azervoice