BAKI,AzerVoice
Quranın 12-ci surəsi olan Yusuf surəsi111 ayədən ibarətdir. Məkkə dövründə nazil olmuşdur. Surədə başdan-sona Yusif peyğəmbərin həyatı haqqında məlumat verildiyi üçün belə adlandırılmışdır.
Nübüvvətin 8-10-cu illəri arasında nazil olmuşdur. İlk üç ayəti ilə 7-ci ayətinin Mədinədə nazil olduğu barədəki rəvayət doğru hesab edilməmişdir. Nazil olma səbəbi, səhabələrin Hz. Peyğəmbərdən (s.a.v) qissə xarakterli ayələr oxumasını istəmələridir.
Sürrənin nazil olma səbəbini, Rəsul-i Əkrəmi tesəlli etmə
olmasını deyənlər də var. Çünki burada qardaşlarının Yusufa əzab
verdiyi anlatılmaqdadır; buna görə də Rəsulullahın (s.a.v) da öz
qəbiləsindən əziyyət çəkdiyi, amma nəhayətində Yusufun (ə.s) üstün
gəlməsi kimi, Rəsulullahın (s.a.v) da inanmayanlara qarşı zəfər
qazanacağına işarə edilən ayələr nazil olmuşdur.