Əsas səhifə » Sadır Japarov Bəhreynə rəsmi səfər edib

Sadır Japarov Bəhreynə rəsmi səfər edib

BAKI,AzerVoice

Qırğızıstan Prezidenti Sadır Japarov Bəhreyn Krallığına rəsmi səfər edib.

AzerVoice xəbər verir ki, Japarovun təyyarəsi Manama şəhərindəki “Bəhreyn” beynəlxalq hava limanına enib.

Japarovu hava limanında Bəhreynin xarici işlər naziri Abdullatif bin Raşid əl-Zayani və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Japarovun Bəhreyn kralı Həməd bin İsa əl-Xəlifə, Bəhreyn Məsləhət Şurasının sədri Əli bin Saleh əl-Saleh və Krallığın digər rəsmi nümayəndələri ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməsi planlaşdırılır.

Görüşlər zamanı tərəflər Qırğızıstan-Bəhreyn münasibətlərini, o cümlədən ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Səfər çərçivəsində Qırğızıstan və Bəhreyn arasında bir sıra ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur.

Qeyd edək ki, bu, Qırğızıstan Prezidentinin Bəhreynə ilk rəsmi səfəridir.

Digər Kateqoriyalar

2025 © Azervoice