Əsas səhifə » Qırğızıstan və ABŞ rəqəmsal tərəfdaşlığı gücləndirir

Qırğızıstan və ABŞ rəqəmsal tərəfdaşlığı gücləndirir

BAKI, AzerVoice

Qırğızıstan ilə ABŞ arasında rəqəmsal əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılır.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf və İnnovativ Texnologiyalar Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən açıqlamaya görə, bu gün nazirlikdə ABŞ-ın Qırğızıstandakı səfirliyinin nümayəndələri ilə keçirilən görüş zamanı iki ölkə arasında rəqəmsal tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər süni intellektdən tutmuş rəqəmsal həllərədək bir çox innovativ texnologiyanın birgə inkişaf etdirilməsi yollarını dəyərləndiriblər.

Görüşdə, həmçinin 2025-ci ildə keçiriləcək ölkənin ən böyük rəqəmsal tədbiri olan KİT-2025 forumuna hazırlıq məsələləri də diqqət mərkəzində olub.

Yığıncaqda ölkədə fəaliyyət göstərən aparıcı İT şirkətləri və Yüksək Texnologiyalar Parkının nümayəndələri də iştirak ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice