Əsas səhifə » Sadir Japarov Parisə gedib

Sadir Japarov Parisə gedib

Bakı,AzerVoice

Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarov Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisə uçub.

AzerVoice xəbər verir ki, Japarov Fransada keçiriləcək olan XXXIII Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Sadır Japarovun “Dayanıqlı İnkişaf üçün İdman” Paris Sammitində “Daha sürətli, daha yüksək, daha güclü; daha yaxşı gələcək üçün birlikdə” şüarı ilə iştirakı gözlənilir.

Bu tədbir zamanı Japarov uşaqların, gələcəyin və gələcək idmançı nəsillərinin sağlamlığına və təhsilinə sadiqliyini təsdiq edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice