Əsas səhifə » Sadır Japarov Belçika Kralı ilə görüşüb

Sadır Japarov Belçika Kralı ilə görüşüb

Bakı,VOA

Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Belçikaya işgüzar səfəri çərçivəsində Kral Filip ilə görüşüb.

VOA xəbər verir ki, Tet-a-tet formatında baş tutan görüşdə tərəflər Qırğızıstan və Belçika arasında əməkdaşlıq məsələlərini müzakirə olunub.

Bundan əlavə, iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Qırğızıstan və Belçika arasında gələcək qarşılıqlı fəaliyyət üçün bir sıra perspektivli istiqamətlər müəyyən edilib.

Görüşdən sonra Japarov, kral Filipi Qırğızıstana səfərə dəvət edib.

Digər Kateqoriyalar

2025 © Azervoice