Əsas səhifə » Qırğızıstan Binance ilə kriptovalyuta və blokçeyn sahəsində əməkdaşlıq edəcək

Qırğızıstan Binance ilə kriptovalyuta və blokçeyn sahəsində əməkdaşlıq edəcək

BAKI, AzerVoice

Qırğızıstan Prezidenti yanında Milli İnvestisiya Agentliyi ilə Çin mənşəli Binance şirkətinin rəhbəri Çanpen Çjao arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, tərəflər aşağıdakı təşəbbüslər üzrə əməkdaşlıq etməyə razılaşıblar:

  • İnfrastruktur və texnoloji dəstək: Qırğızıstanda blokçeyn infrastrukturunun inkişafına töhfə vermək üçün məsləhət və texnoloji həllər təqdim etmək, həmçinin kriptovalyutaların planlaşdırılan ehtiyatlarının formalaşmasına dəstək göstərmək;
  • Gənclərin blokçeyn texnologiyaları üzrə təhsil almasına və inkişafına kömək etmək: Müvafiq nazirlik və qurumların əməkdaşları üçün blokçeyn texnologiyaları, virtual aktivlərin idarə edilməsi və kibertəhlükəsizlik mövzusunda tədris proqramlarının həyata keçirilməsi;
  • Virtual aktivlərin və blokçeyn texnologiyalarının inkişafı üçün idarəetmə sisteminin qurulması.

Binance-in rəhbəri Çanpen Çjao blokçeyn texnologiyaları və kriptovalyuta həlləri sahəsində ixtisaslaşmış dünyanın ən böyük kriptovalyuta birjasının qurucusudur. O, e-cüzdanların inkişafı, blokçeyn infrastrukturu, qanunvericilik bazası və konsaltinq xidmətləri üzrə geniş təcrübəyə malikdir.

Qırğızıstan Prezidenti Sadır Japarov bu təşəbbüsü şəxsən dəstəkləyərək rəsmi olaraq yeni X hesabını açıb. Binance rəhbəri isə Japarovun platformaya qoşulmasını xüsusi qeyd edərək ona dəstəyini ifadə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice