BAKI,AzerVoice
Son dörd il ərzində Qırğızıstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 2,4 dəfə artıb, o cümlədən idxal 2,6 dəfə, ixrac isə 1,5 dəfə artıb.
AzerVoice xəbər verir ki, bu sözləri Qırğızıstan prezidenti Sadır Japarov Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Mərkəzi Asiya – Avropa İttifaqı" ilk sammitinin iclasında bildirib.
"Belə uğurlar bazarların açıq olması və "Ümumi Preferensiyalar Sistemi Plus" təşəbbüsü sayəsində mümkün olub ki, bu da Qırğızıstandan çıxan məhsulların Avropa İttifaqına üzv 27 ölkənin bazarına daxil olmasını təmin edir" - deyə Sadır Japarov qeyd edib.
O, Qırğızıstanın strateji coğrafi mövqeyinin və artan tranzit potensialının ticarət və investisiyalar üçün geniş perspektivlər açacağına diqqət çəkərək, Avropa biznesini bu layihələrdə qarşılıqlı faydalı əsasda fəal iştirak etməyə çağırıb.