Əsas səhifə » Qırğızıstan və İran dini sahədə əməkdaşlığı müzakirə edib

Qırğızıstan və İran dini sahədə əməkdaşlığı müzakirə edib

BAKI,AzerVoice

Qırğızıstan və İran arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın Dini İşlər üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilir ki, bu gün Komissiyanın direktoru Azmat Yusupov İranın Qırğızıstandakı səfiri Qulam Hüseyn Yadegari ilə görüş keçirib.

Görüşdə tərəflər dini sahədə təcrübə mübadiləsi, ekstremizmə qarşı mübarizə və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafı kimi məsələləri müzakirə ediblər.

İran səfiri Qulam Hüseyn Yadegari iki ölkə arasındakı tarixi-mədəni və ticarət-iqtisadi əlaqələri vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını bildirib.

Öz növbəsində, Azmat Yusupov Qırğızıstanın dini siyasətinin əsas prinsiplərinə toxunaraq, ölkədə din azadlığının təmin edildiyini vurğulayıb. O, həmçinin ekstremizm və terrorizmlə mübarizə sahəsində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

Bundan əlavə, Yusupov sabitlik və təhlükəsizliyi möhkəmləndirməyə yönəlmiş ortaq təşəbbüslər çərçivəsində xarici tərəfdaşlarla səmərəli əməkdaşlığın vacibliyini bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice