Əsas səhifə » Bişkekdə Qırğızıstan-Fransa biznes forumu keçirilməsi planlaşdırılır

Bişkekdə Qırğızıstan-Fransa biznes forumu keçirilməsi planlaşdırılır

BAKI,AzerVoice

Qırğızıstanın Fransadakı səfiri Sadık Şer-Niyaz MEDEF International-ın baş direktor müavini Jeraldin Lemble ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüş zamanı Qırğızıstan və Fransa arasında ticarət-iqtisadi əməkdaşlığın aktivləşdirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə edilib.

Həmçinin may ayının sonunda fransız biznes nümayəndələrinin iştirakı ilə Bişkekdə növbəti biznes forumunun təşkil olunbizması imkanları nəzərdən keçirilib.

Səfir, Bişkekdə keçiriləcək növbəti Qırğızıstan-Fransa biznes forumunun Fransanın xarici ticarət nazirinin Qırğızıstana səfəri ilə əlaqələndirilməsini təklif edib.

Öz növbəsində, J. Lemble fransız iş adamlarının Mərkəzi Asiya regionunda biznes qurmağa maraq göstərdiyini bildirib və birgə layihələrin həyata keçirilməsi üçün Fransanın prioritet sahələrini qeyd edib.

Görüşün yekununda tərəflər iki ölkə arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın aktivləşdirilməsi və qarşıdakı biznes forumunun keçirilməsinə hazırlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Digər Kateqoriyalar

2025 © Azervoice