Əsas səhifə » Qırğızıstan ərazisində zəlzələ qeydə alınıb

Qırğızıstan ərazisində zəlzələ qeydə alınıb

BAKI,AzerVoice

Bu gün Qırğızıstan ərazisində maqnitudası 3,5 bala qədər olan iki zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, təkanlar İssık-Kul vilayətinin Kayıyrma-Arık, İçke-Cergöz, Kerege-Taş (Ak-Suu rayonu) kəndlərində 3,5 bal, Boz-Üçük kəndində 3 bal, Karakol şəhərində isə 2,5 bal gücündə hiss olunub.

Zəlzələnin episentri Kayıyrma-Arık kəndindən 4 km cənub-şərqdə, Kerege-Taş kəndindən 10 km cənub-şərqdə və Karakol şəhərindən 25 km cənubda yerləşib.

Cəlal-Abad vilayətində də təkanlar hiss edilib. Süzak rayonunun Kançıqa və Taraalça kəndlərində 2,5 bala qədər hiss olunan zəlzələnin episentri bu kəndlərdən 14 km şərqdə və Cəlal-Abad şəhərindən 60 km şimal-şərqdə yerləşib.

Hadisə nəticəsində tələfat və dağıntılar qeydə alınmayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice