Əsas səhifə » Qırğızıstan və Tacikistanın əməkdaşlığı genişləndirir

Qırğızıstan və Tacikistanın əməkdaşlığı genişləndirir

Bakı,AzerVoice

Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev ilə Tacikistanın Baş naziri Koxir Rasulzoda arasında telefon danışığı olub.

AzerVoice xəbər verir ki, tərəflər, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələr də daxil olmaqla, iki tərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edib.

Həmçinin görüşdə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmaların həyata keçirilmə prosesi müzakirə edilib.

Davamlı dialoqun əhəmiyyəti və gələcək birgə tədbirlər çərçivəsində yaxşı qonşuluq münasibətlərini və tərəfdaşlığı gücləndirmək üçün iki tərəfin maraqlarının vurğulanması qeyd edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice