Əsas səhifə » Qırğızıstan və Fələstin Qəzza zolağında mövcud vəziyyət barədə fikir mübadiləsi aparıb

Qırğızıstan və Fələstin Qəzza zolağında mövcud vəziyyət barədə fikir mübadiləsi aparıb

Bakı,AzerVoice

Bişkekdə Qırğız Respublikasının xarici işlər nazirinin müavini Temirbek Erkinov ilə Fələstin Dövlətinin Qırğızıstandakı səfiri Cavad Avad arasında görüş keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstanın xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Qəzza zolağında mövcud vəziyyət barədə fikir mübadiləsi aparıb, həmçinin Qırğızıstan-Fələstin ikitərəfli münasibətlərinin mümkün istiqamətlərini müzakirə ediblər.

Siyasi dialoqun gücləndirilməsi və ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraqlar qeyd edilib.

Tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə dair qarşılıqlı öhdəliklərini təsdiq ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice