Əsas səhifə » Qırğızıstanın cənubunda zəlzələ qeydə alınıb

Qırğızıstanın cənubunda zəlzələ qeydə alınıb

Bakı,AzerVoice

Oş şəhərində bu gün 3 bal gücündə zəlzələ qeydə alınıb.

AzerVoice xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat verib.

Zəlzələ Çapaya adına kənddən 3 km qərbdə, Frunze kəndindən 3 km şərqdə, Nookatdan 5 km şimal-qərbdə baş verib.

Qırğızıstan Respublikasının yaşayış məntəqələrində zəlzələnin intensivliyi 3 bal olub.

Digər Kateqoriyalar

2025 © Azervoice