Əsas səhifə » Rusiya və Qətər ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Rusiya və Qətər ikitərəfli əməkdaşlığı müzakirə ediblər

BAKI, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani Suriyadakı vəziyyəti ətraflı şəkildə müzakirə ediblər.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Məlumata görə, Putin və Qətər əmiri danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafı üçün iradələrini bir daha vurğulayıblar.

"Çoxsaylı planlar var, bir çox nailiyyətlər artıq əldə olunub, müxtəlif iqtisadi sahələrdə layihələr həyata keçirilir" – deyə, Kreml nümayəndəsi bildirib.

Bununla yanaşı, danışıqlar zamanı Suriya və Qəzza zolağındakı vəziyyət də müzakirə olunub.

Peskovun sözlərinə görə, dövlət başçıları Moskvada keçirilən görüşləri yüksək qiymətləndiriblər.

Son olaraq isə, Putin Qətər əmirinə səfərinə görə təşəkkür edib.

“Səfəriniz üçün sizə təşəkkür etmək istəyirəm. Bu səfər çox məzmunlu oldu və mənə elə gəlir ki, dövlətlərarası əlaqələrimizin inkişafı baxımından çox faydalı keçdi. Sizin bütün nümayəndə heyətinizə də təşəkkürümü bildirmək istəyirəm, çünki öncədən böyük hazırlıq görülüb. Əminəm ki, qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq. Təşəkkür edirəm” – deyə, Rusiya Prezidenti bildirib.

Qeyd edək ki, bu gün, həmçinin, Rusiya və Qətər sahibkarlarının ayrıca görüşü də gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice