Əsas səhifə » Qətər əmiri 2025-ci il dövlət büdcəsini təsdiqləyib

Qətər əmiri 2025-ci il dövlət büdcəsini təsdiqləyib

Bakı, AzerVoice

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani 2025-ci maliyyə ili üçün dövlətin ümumi büdcəsini təsdiq edən 2024-cü il tarixli (17) saylı Qanunu qəbul etdi.

AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu qanun 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minir və ölkənin Rəsmi Qəzetində dərc olunur.

Ölənin Maliyyə naziri Əli bin Əhməd Əl Kuvari Qətərin 2025-ci maliyyə ili büdcəsi üçün gözlənilən ümumi gəlirlərinin 2024-cü il büdcə gəlirləri ilə müqayisədə 2,5 faiz azalma ilə 197 milyard QR səviyyəsində təxmin edildiyini açıqlayıb.

Nazir vurğulayıb ki, Qətər neft və qaz gəlirlərinin hesablanmasında mühafizəkar yanaşmanı davam etdirir, neftin orta qiyməti 60 dollar/bareldir. Bu yanaşma maliyyə çevikliyini artırmaq və xərclərin sabitliyini təmin etmək məqsədi daşıyır.

O, “2025-ci il üçün gözlənilən neft və qaz gəlirləri 2024-cü il büdcəsindəki 159 milyard QR-dən 3,1 faiz azalaraq 154 milyard QR təşkil edəcək” –deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice