Bakı, AzerVoice
Qətər Suriyaya humanitar yardım çatdırıb,
AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, bu haqda Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir.
Məlumata əsasən Qətərə məxsus yardım daşıyan ilk təyyarələr Türkliyənin Qaziantepə havalimanına eniş ediblər.
“Təyyarədə qida maddələri ilə yanaşı, tibbi ləvazimat və digər
lazımi humanitar yüklər var”-deyə açıqlamada bildirilir. Yardım,
Qətər İnkişaf Fondu tərəfindən edilir.
Qeyd edək ki , bu il noyabrın 27-də Suriyada silahlı müxaliflətlə
Bəşşar Əsəd qüvvələri arasında toqquşmalar şiddətlədi.
Noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Hums
kimi ən böyük əyalətlərdə üstünlük əldə etdilər.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin
dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə
itirərək süquta uğrayıb.
BAAS Partiyasının 61 illik hakimiyyəti sona çatıb, Əsəd paytaxtdan Rusiyaya qaçıb.
Digər tərəfdən Suriya Milli Ordusu dekabr ayında başlatdığı “Azadlıq şəfəqi” əməliyyatının ilk günündə Tel Rıfat bölgəsinin mərkəzini terror təşkilatı PKK/YPG-dən azad edib.
Əməliyyatda Mənbic bölgəsinin azad edilməsi ilə Fərat çayının qərbində ən böyük terror yuvasına çevrilən bölgə PKK/YPG-dən təmizlənib.