Əsas səhifə » Nüvə elmi Qazaxıstanın strateji prioritetidir - Tokayev

Nüvə elmi Qazaxıstanın strateji prioritetidir - Tokayev

BAKI,AzerVoice

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin aparıcı alimləri ilə görüşü zamanı nüvə elmi və texnologiyalarının inkişafını əsas strateji prioritetlərdən biri kimi dəyərləndirib.

AzerVoice xəbər verir ki, Tokayevin sözlərinə görə, Almatıdakı Nüvə Fizikası İnstitutu və Kurçatov şəhərində yerləşən Milli Nüvə Mərkəzi kimi mühüm elmi qurumlar həm fundamental, həm də tətbiqi sahələrdə tədqiqatlar aparır və sahəyə ixtisaslı kadrlar hazırlayır.

Tokayev qeyd edib ki, atom enerjisi təkcə sabit enerji mənbəyi deyil, həm də elmi və iqtisadi inkişafın mühüm təməlidir. O, nüvə tibbi, hidrogen enerjisi, suyun duzsuzlaşdırılması, sintetik yanacaq istehsalı və kiçik modullu reaktorlar kimi sahələrin perspektivliyini xüsusi qeyd edib.

Tokayev bildirib ki, növbəti Elmi və Texnologiyalar üzrə Milli Şuranın iclasında atom energetikasının inkişafı əsas müzakirə mövzusu olacaq.

Prezident eyni zamanda süni intellekt texnologiyalarının dünyada sürətlə inkişaf etdiyini vurğulayıb və Qazaxıstanın bu sahədə ön sırada yer ala biləcəyini deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice