BAKI, AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Birləşmış Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
AzerVoice-un məlumatına görə, telefon danışığı zamanı Qazaxıstan ilə BMT arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Tokayev, BMT Baş Assambleyasının yekdilliklə qəbul etdiyi və Almatıda Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılmasına dair qətnamənin əhəmiyyətini vurğulayıb. Həmçinin, tərəflər Regional Mərkəzin institusionallaşması ilə bağlı gələcək addımları müzakirə ediblər.
Tokayev qeyd edib ki, BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn ümumiliklə qəbul edilmiş prinsiplərinə bütün dövlətlərin əməl etməsi vacibdir.
Öz növbəsində Quterreş, Qazaxıstanın sülhməramlı təşəbbüslərini, qlobal təhlükəsizliyin gücləndirilməsi və dayanıqlı inkişaf istiqamətindəki töhfələrini yüksək qiymətləndirib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan ilə BMT arasında yeni bir sülhməramlı missiyanın maliyyələşdirilməsi ilə bağlı razılaşma imzalanmışdı.