Əsas səhifə » Aktauda Duman Qoxusunun Səbəbi Araşdırılır

Aktauda Duman Qoxusunun Səbəbi Araşdırılır

BAKI,AzerVoice

Mangistau vilayətinin fövqəladə hallar departamentinə sakinlərdən duman qoxusu ilə bağlı bir neçə şikayət daxil olub.

AzerVoice xəbər verir ki, Duman qoxusu Münaylı və Tupqarğan bölgələrində, həmçinin Fort-Şevçenko və Aktaudakı şəhərlərdə hiss edilir.

Ekoloji departamentinin məlumatına görə, hava nümunələrinin götürülməsi üçün bir neçə rayonda mütəxəssislər cəlb edilib.

Həmçinin bu hadisə ilə əlaqəli, Atyrau, Aktobe, Qərbi Qazaxıstan vilayətləri üzrə fövqəladə hallar departamentlərindən, həmçinin qonşu ölkələrin fövqəladə hallar nazırlıqlarından, o cümlədən Rusiyanın Astarxan vilayətinin və Türkmənistanın Balkanabat şəhərinin və Azərbaycan Respublikasının mülki müdafiə və fövqəladə hallar orqanlarından məlumat sorğusu edilmişdir.

Rusiya, qoxunun səbəbinin qamış alovlanması ilə əlaqəli ola biləcəyini bildirib.

Hazırda fövqəladə hallar departamentinin əməkdaşları və ekoloqlar monitorinq aparır.

Digər Kateqoriyalar

2025 © Azervoice