BAKI, AzerVoice
Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Komitəsinin rəhbərləri neft məhsullarının ixracına dair yeni məhdudiyyətlər nəzərdə tutan birgə layihə hazırlayıb.
AzerVoice xəbər verir ki, layihə Qazaxıstan ərazisindən, o cümlədən Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrə neft məhsullarının ixracına altı aylıq qadağa qoyulmasını nəzərdə tutur.
Hazırda ölkədə Aİ-92 markalı benzin və dizel yanacağının istehlakında qeyri-adi artım müşahidə olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "boz" ixrac və yanacaq-sürtkü materiallarının "örtük malları" adı altında daşınmasının aylıq həcmi 10-45 min tona çatır. Bu proses əsasən qiymət fərqi ilə bağlıdır: Qazaxıstanda yanacaq və sürtkü materiallarının qiymətləri qonşu ölkələrlə müqayisədə 17-166 faiz daha ucuzdur. Bundan əlavə, Qazaxıstan idxal etdiyi neft məhsullarını gömrük rüsumu olmadan əldə edir.
Eyni zamanda, Rusiya tərəfi AİB hüdudlarından kənara yanacaq və sürtkü materiallarının təkrar ixracına qadağa qoyulmasını tələb edir.
Qazaxıstan Energetika Nazirliyi bildirir ki, müvafiq birgə sərəncam layihəsi Açıq NPA internet portalında dərc edilib və martın 14-dək ictimai müzakirəyə açıqdır.