Əsas səhifə » Tokayev Omanın xarici işlər nazirini qəbul edib

Tokayev Omanın xarici işlər nazirini qəbul edib

Bakı,AzerVoice

Qazaxıtsan prezidenti Kasım-Jomart Tokayev Omanın xarici işlər naziri Bədr Əl-Busaidini qəbul edib.

AzerVoice xəbər verir ki, Əl-Busaidini Qazaxıstanın etibarlı və sübut olunmuş tərəfdaşı adlandırıb və ölkələr arasında əməkdaşlığın daha da inkişafına sadiq olduğunu bəyan edib.

Tokayev Qazaxıstan və Oman arasında həm ikitərəfli səviyyədə, həm də regional və beynəlxalq gündəm kontekstində əməkdaşlığın möhkəmləndirilməsi üçün istifadə edilməmiş əhəmiyyətli potensialın olduğunu qeyd edib.

"Qazaxıstanda Omana böyük hörmət var. Ölkəniz vətəndaşlarımızın, o cümlədən iş adamlarının, mədəniyyət xadimlərinin böyük marağına malikdir. Ona görə də əməkdaşlığımızın daha çoxşaxəli və səmərəli olması üçün güclü təkan verməliyik”, - deyə Tokayev bildirib.

Oman Xarici İşlər Nazirliyinin rəhbəri səmimi qəbula görə Tokayevə minnətdarlığını bildirib, bunun ölkələr arasında qarşılıqlı hörmətin yüksək səviyyəsini əks etdirdiyini vurğulayıb.

Görüş zamanı nəqliyyat-logistika, kənd təsərrüfatı və mədəni-humanitar sahələr, o cümlədən rəqəmsallaşma sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. İki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcək birbaşa hava əlaqələrinin yaradılması məsələləri müzakirə edilib.

Bundan əlavə, həmsöhbətlər regional təhlükəsizliyin aktual məsələləri və çoxtərəfli təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət barədə fikir mübadiləsi aparıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice