Əsas səhifə » Bu il Almatıda 30-a yaxın seysmik stansiya quraşdırılacaq

Bu il Almatıda 30-a yaxın seysmik stansiya quraşdırılacaq

Bakı,AzerVoice

Almatıda zəlzələlər zamanı yeraltı tikililərin davranışını öyrənməyə imkan verən 28 seysmik stansiya fəaliyyət göstərir.

AzerVoice xəbər verir ki, Qazaxıstan ərazisinin 40 faiz-dən çoxu zəlzələyə meyilli zonada yerləşir və Avrasiya seysmik qurşağı sisteminin bir hissəsidir.

Almatı şəhəri seysmik aktiv zonada yerləşir. Ona görə də “2025-ci ilə qədər şəhərin inkişafı proqramı və 2030-cu ilə qədər ortamüddətli perspektivlər”də seysmik təhlükəsizliyin təmin edilməsi mühüm prioritetlərdən biridir.

Almatıda güclü zəlzələlərin erkən xəbərdar edilməsi üçün 28 stansiya fəaliyyət göstərir və əlavə olaraq daha 70 stansiyanın yaradılması nəzərdə tutulur. Bu il Qazaxıstanda 30 yeni stansiyanın, 2026-cı ilin sonuna isə güclü zəlzələlərin erkən xəbərdar edilməsi üçün daha 40 stansiyanın quraşdırılması planlaşdırılır.

Almatı 9-10 ballıq seysmik zonada yerləşir, şəhərdən 250 kilometr radiusda hər il 200-ə qədər zəif zəlzələ baş verir. Bütün bunlar isə şəhərin ətrafında və yaxınlığında quraşdırılan xüsusi cihazlarla qeydə alınır.

Qeyd edək ki, keçən ilin noyabrında Seysmoloji Müşahidələr və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzin elm üzrə direktor müavini Yelizaveta Yesenjigitova bildirmişdi ki, Almatı vilayətində 40-a yaxın seysmik stansiya fəaliyyət göstərir, lakin bu rəqəm metropolun tam əhatə olunmasını təmin etmək üçün kifayət etmir .

Digər Kateqoriyalar

2025 © Azervoice