Əsas səhifə » Qazaxıstan Macarıstanla strateji tərəfdaşlığı genişləndirir

Qazaxıstan Macarıstanla strateji tərəfdaşlığı genişləndirir

Bakı,AzerVoice

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanaya rəsmi səfərə gəlmiş Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə Qazaxıstan və Macarıstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini vurğulayıb.

AzerVoice xəbər verir ki, Tokayev ötən il Budapeştə dövlət səfəri zamanı imzalanmış sazişlərin həyata keçirilməsində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edərək , onların davam etdirilməsinin ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcəyini vurğulayıb.

Szijarto qeyd edib ki, onun səfəri Qazaxıstanın nazirlikləri və idarələri ilə əvvəlki yüksək səviyyəli razılaşmaların praktiki şəkildə həyata keçirilməsini inkişaf etdirmək üçün əsaslı müzakirələrə yönəlib.

Tərəflər ikitərəfli gündəliyin əsas məsələlərini nəzərdən keçirib, ticarət-iqtisadi, investisiya, enerji və bank əlaqələrinin gücləndirilməsinə diqqət yetiriblər.

Tokayev Qazaxıstan-Macarıstan münasibətlərinin inkişafındakı xidmətlərinə görə Siyartonu II dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

Digər Kateqoriyalar

2025 © Azervoice