Bakı,
AzerVoice
Qazaxıstanın Xəzər dənizi yaxınlığındakı Atyrau vilayətində
aparılan arxeoloji qazıntılar zamanı Sarmatlar dövrünə aid
qəbirlərdən qədim dövrlərə məxsus əsərlər üzə çıxarılıb.
AzerVoice xəbər verir ki, Atyrau
Valiliyindən verilən məlumata görə, son iki ildə bölgədə yerləşən
“Karabau-2” kurqanında genişmiqyaslı qazıntılar aparılıb
Qazıntılar nəticəsində M.Ö. VI əsrdən M.S. IV əsrə qədər olan dövrə
aid 9 məzardan 7-də Sarmatlara məxsus zərgərlik məmulatları,
silahlar, saxsı qablar və insan qalıqları tapılıb.
Üzə çıxarılan əsərlər ilk dəfə Atyrau Bölgə Tarix Muzeyində
təşkil edilən sərgidə nümayiş etdirilib. Xüsusi marağa səbəb olan
əsərlərdən biri, hər iki tərəfində qartal təsviri olan və təxminən
370 qram ağırlığında qızıl bilərzik olub.
Qazaxıstanlı arxeoloq Marat Kasenovun sözlərinə görə, Atyrau
bölgəsi tarixdə Sarmat İmperiyasının hökm sürdüyü ərazi kimi
tanınıb və bu, aparılan arxeoloji qazıntılarla bir daha təsdiq
edilib.
“Tapılmış antik əsərlərin ümumi sayı təxminən 1000-dir, onlardan
100-ü qızıl zərgərlik nümunələridir. Bu əşyalarda əsasən bölgədə
yaşamış yırtıcı heyvanların, məsələn, bəbir, vəhşi qaban və
pələngin təsvirlərinə rast gəlinir”. - deyə Kasenov əlavə
edib.