Əsas səhifə » Tokayev süni intellekt üzrə aparıcı mütəxəssislərlə görüşüb

Tokayev süni intellekt üzrə aparıcı mütəxəssislərlə görüşüb

Bakı,AzerVoice

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində süni intellekt sahəsində ekspertlərlə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüş iştirakçıları qarşısında çıxış edən Tokayev qeyd edib ki, süni intellekt müasir tərəqqinin əsas hərəkətverici qüvvələrindən biridir və iqtisadiyyatı kökündən dəyişməyə qadirdir.

Tokayev Qazaxıstan üçün süni intellekt sahəsində əsas prioritetin yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və dəstəklənməsi olduğunu vurğulayıb.

“Təhsil sahəsində biz süni intellektdə insan kapitalının inkişafını təşviq etmək üçün nəzərdə tutulmuş innovativ Al-Sana proqramını təqdim etdik. Proqram müxtəlif sənaye sahələrinin mütəxəssisləri üçün fənlərarası təlimlər təşkil edir və süni intellekt üzrə qabaqcıl həllərin inkişafına töhfə verir”, - deyə Tokayev bildirib.

Tokayev Qazaxıstanın qlobal süni intellekt ekosisteminin fəal iştirakçısı olmağa çalışdığını vurğulayıb və tədbir iştirakçılarını müxtəlif sahələrdə əməkdaşlığa çağırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice