Bakı,AzerVoice
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev , Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə noyabrın 4-5-də Fransada dövlət səfərində olacaq.
AzerVoice xəbər verir ki, qarşıdan gələn səfər çərçivəsində Qazaxıstan və Fransa başçıları arasında dar tərkibdə danışıqların aparılması planlaşdırılır.
Səfərin yekununda iki ölkə arasında strateji əməkdaşlığın genişləndirilməsi və dövlətlərarası əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Bu səfər zamanı yüksək səviyyəli danışıqlar ticarət-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Həmçinin, Tokayev Fransanın bir sıra biznes nümayəndələri ilə də görüşəcək.