Əsas səhifə » Qazaxıstan naziri BMT-nin baş katibi ilə görüşüb

Qazaxıstan naziri BMT-nin baş katibi ilə görüşüb

Bakı,AzerVoice

Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Zülfiyyə Süleymenova martın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Baş katibi Antonio Quterreş ilə Qazaxıstanın su ehtiyatlarının davamlı idarə olunması planlarını müzakirə edib.

AzerVoice xəbər verir ki, baş katib Qazaxıstanın səylərini yüksək qiymətləndirərək, ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında fəal mövqeyini vurğulayıb.

Süleymanova 2023-cü il 22-24 mart tarixlərində Nyu-Yorkda keçirilən BMT-nin Su Konfransında Qazaxıstan nümayəndə heyətinə başçılıq edib.

Bir vaxtlar dünyanın dördüncü ən böyük gölü olan Aralda suyun səviyyəsi orijinal ölçüsünün yüzdə 10-dan aşağı düşüb.

“Bu il adaya mümkün qədər çox su çatdırmağa çalışdıq. 2023-cü ilin ilk iki ayında biz Arala bir milyard kubmetrdən çox su verdik, halbuki ötən il bu rəqəm 800 milyon kubmetr olub”,- deyə o bildirib.

Konfrans çərçivəsində Süleymenova ölkələrin su ilə bağlı problemlərin həlli istiqamətində səyləri sürətləndirməsi üçün əsas prinsipləri də qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice