12
Bakı,AzerVoice
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Monqolustana rəsmi səfər edib.
AzerVoice xəbər verir ki, Tokayevi havalimanında Monqolustan prezidenti Uhnaagiyn Hürelsüh qarşılayıb.
Tokayev üçün xüsusi qarşılama mərasimi olub. Mərasimin sonunda dövlət başçıları danışıq zalına daxil olublar.
Tokayev Monqolustan prezidentini gələn il Qazaxıstana dövlət səfərinə dəvət edib.
Hürelsüh, Monqolustanın Qazaxıstanla ikitərəfli əlaqələri gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.
O, bu gün əldə olunan razılaşmaların iki dövlət arasında münasibətlərdə yeni mərhələ açacağına əminliyini ifadə edib.