12
BAKI, AzerVoice
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb.
AzerVoice xəbər verir ki, bu haqda Roma Papasının Pasxa bayramı münasibəti ilə mesajında deyilir.
Bundan əlavə Papa Fransisk, mesajında Balkan ölkələrini regionda gərginliyin qarşısının alınmasına çağırıb. Mesajda həmçinin Sahel bölgəsi, Konqo, Sudan, o cümlədən Yəmən və Myanmadakı vəziyyətə də toxunulub.