Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin
16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir
müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin
xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzerVoice xəbər verir ki, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
olunub, məzarı üzərinə tər güllər düzülüb.