Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil
Kavelaşvili aprelin 16-da Şəhidlər xiyabanını ziyarət edib.
AzerVoice xəbər verir ki, Mixeil Kavelaşvili
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla
yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr
edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən
abadlıq-quruculuq işləri barədə məlumat verilib.