Əsas səhifə » Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

BAKI, AzerVoice

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AzerVoice xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice