BAKI, AzerVoice
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova IV Antalya Diplomatik Forumunun açılış mərasimində iştirak edib.
AzerVoice xəbər verir ki, forum Antalya şəhərində “Diplomatiyanın parçalanmış dünyaya qaytarılması” devizi altında keçirilib.
Təntənəli açılış mərasimində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Türkiyə Respublikasının Xarici İşlər Naziri cənab Hakan Fidan çıxış edərək, müasir beynəlxalq şəraitdə diplomatik səylərin əhəmiyyətinə toxunublar.
Tədbir 20-dən çox dövlət və hökumət başçısını, 50-dən çox xarici işlər nazirini, 70-dən artıq müxtəlif naziri, 60-a yaxın beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrini və 4,000-dən çox qonağı, o cümlədən tələbələri bir araya gətirib ki, bu da Forumun miqyası və əhəmiyyətini göstərir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin Forumda iştirakı diplomatik və beynəlxalq əməkdaşlığın təşviqində mədəni mübadilə və irsin əhəmiyyətini ön plana çıxarır.
Forum çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın müxtəlif tərəfdaşlarla bir sıra ikitərəfli görüşləri planlaşdırılır.






