Əsas səhifə » Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində görüş keçirilib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Türkiyənin Antalya şəhərində görüş keçirilib

BAKI, AzerVoice

12 aprel 2025-ci il tarixində Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Digər Kateqoriyalar

2025 © Azervoice