Əsas səhifə » Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmə əməliyyatları müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında humanitar minatəmizləmə əməliyyatları müzakirə edilib

BAKI, AzerVoice

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüş keçirib.

Bu barədə AzerVoice-ə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları, Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə beynəlxalq təşkilatların mümkün dəstəyi, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Digər Kateqoriyalar

2025 © Azervoice