113
BAKI, AzerVoice
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub.
AzerVoice xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.