Əsas səhifə » XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum oldu

XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum oldu

Bakı, AzerVoice

Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum olub.

AzerVoice xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında yerləşdirilən proqramda məlumat verilib.

Məlumata əsasən, TDT dövlət başçılarının XI Zirvə toplantısı 5-6 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.

Qeyd edək ki, 2023-cü il noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice